Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirildi

0

  •         Aprelin 20-də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şura üzvlərinin online formatda iclası keçirildi. İclası giriş sözü ilə açan İctimai Şuranın sədri Qalib Quliyev gündəliyə salınan məsələləri diqqətə çatdırdı. Sonra iclasın gündəliyində olan şəhid və qazi ailələrinə maddi və mənəvi dəstək göstərilməsinə töhfə vermək; mina təhlükəsinə görə vətəndaşların həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməsi barədə təbliğat işləri aparmaq; rayon sakinlərinin Covid-19 əleyhinə vaksinləşmə prosesində mütəşəkkil iştirakının təmin edilməsinə dəstək olmaq haqqında məsələlər ilə bağlı fikir bildirmək üçün Şura üzvlərinə söz verildi. Şura üzvləri hər bir məsələ haqqında öz münasibətlərini bildirdilər, təkliflərini səsləndirdilər.         Qaldırılan təkliflər arasında xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsinin girişində işğaldan azad edilmiş ərazilərimizdə mina təhlükəsi ilə bağlı məlumatverici lövhənin qoyulması və qəsəbədə şəhidlərimizin xatirəsinə abidə-bulaq kompleksinin inşası təklifləri şura üzvləri tərəfindən yekdilliklə qəbul edildi.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib47 dəfə
    Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirildi

    Maraqlı gələ bilər
    54
    53
    53
    149
    98